Rusiyanın Baş naziri Mixail Mişustin “Wildberries” və “Russ” şirkətlər qrupunun obyektlərinə Ukrayna pilotsuz uçuş aparatlarının hücumlarından zərər çəkən sahibkarlara dəstək tədbirlərini təsdiqləyib.
Sherg.az xəbər verir ki, qərara əsasən, zərərçəkmiş sahibkarların ƏDV, mənfəət vergisi, sadələşdirilmiş vergi sistemi üzrə ödənişləri və sığorta haqlarının ödənilməsi 12 ay müddətinə təxirə salınacaq. Güzəşt 2026-cı ilin avqustundan 2027-ci ilin iyulunadək ödənilməli olan öhdəliklərə şamil ediləcək.
Təxirə salınan məbləğlər daha sonra 12 ay ərzində bərabər hissələrlə ödəniləcək. Həmçinin zərərçəkən bizneslərdə yoxlamaların aparılması da müvəqqəti dayandırılacaq.