Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) və Təhlükəsizlik Baş İdarəsinin keçirdiyi birgə əməliyyat nəticəsində İstanbulda terror hücumuna hazırlıq aparan 4 nəfər saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı Türkiyədə sensasiya doğuracaq hücum hazırlığında olduğu müəyyən edilən 4 DHKP-C üzvü İstanbulda ələ keçirilib.