ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru Con Kiriakou Prezident Donald Trampın İrana hücumla bağlı son qərarı artıq verdiyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb.
C.Kiriakou planın müzakirə edildiyi gün Ağ Evdə olan keçmiş kəşfiyyat rəsmisindən sitat gətirib. O qeyd edib ki, zərbə fevralın 23 və ya 24-də həyata keçirilə bilər. Belə ki, Tramp iranlıları çaşdırmaq üçün vaxtından əvvəl gözlənilməz zərbə endirmək niyyətindədir.
ABŞ-nin İrana qarşı əsas tələbləri arasında ballistik raket istehsalına son qoyulması, uranın zənginləşdirilməsinin dayandırılması və HƏMAS, "Hizbullah" və husilər də daxil olmaqla regional qruplara dəstəyin dayandırılması yer alır.
C.Kiriakounun sözlərinə görə, zərbələrin endirilməsinə qarşı çıxan şəxslər vitse-prezident Cey. Di. Vens və Milli Kəşfiyyat direktoru Tulsi Qabbarddır. Hərb naziri Pit Heqset və dövlət katibi Marko Rubio, eləcə də Birləşmiş Qərargah rəisləri hücumu dəstəkləyirlər.