Moldovada Maya Sanduya impiçment təşəbbüsü irəli sürülüb

Moldovanın sabiq baş naziri  İona Kiku prezident Maia Sandu barəsində impiçment prosedurunun başlanmasını nəzərdə tutan qərar layihəsi hazırladığını açıqlayıb.

Sherg.az xəbər verir ki, Kiku Sandunu Konstitusiyanın və qanunvericiliyin kobud şəkildə pozulmasında, eləcə də ölkədə yaranmış vəziyyətə görə məsuliyyət daşımaqda ittiham edib. O, sənədi müxalifət nümayəndələrinə təqdim edəcəyini və təşəbbüsün ümumi müxalifət layihəsi kimi irəli sürülməsini istədiyini bildirib.

Sabiq baş nazir həmçinin Sandunu korrupsiya qalmaqalları ilə əlaqələndirərək, altı ildir dövlət başçısı olduğu üçün ölkədəki proseslərdən xəbərdar olmalı olduğunu deyib.

Qeyd edək ki, son aylarda Moldova müxalifəti tərəfindən Maya Sanduya qarşı bir neçə dəfə impiçment təşəbbüsü irəli sürülsə də, bu cəhdlər parlamentdə kifayət qədər dəstək qazanmayıb.