İran Ekspertlər Məclisinin üzvü Ayətullah Möhsün Heydəri İranın dini lideri Müctəba Xameneinin müharibənin əvvəlində yaralandıqdan sonra yerləşdirildiyi xəstəxananın bombalandığını və onun dağıntılar altından çıxarıldığını bildirib.
AA xəbər verir ki, Heydəri “Əl Ərəbiyyə” kanalına müsahibəsində Müctəba Xameneinin İranın keçmiş lideri Əli Xameneinin ofisinə edilən hücum zamanı yaralandığını və xəstəxanaya aparıldığını deyib.
Onun sözlərinə görə, ABŞ və İsrail Xameneinin ola biləcəyi üç xəstəxananın hamısını bombalayıb. Müctəba Xamenei isə bombalanan üçüncü xəstəxananın dağıntıları altından çıxarılıb.
Heydəri daha sonra Xameneinin səhhətinin yaxşı olduğunu öyrəndiklərini, onun ölkəni idarə etmək qabiliyyətinin və fiqh sahəsində biliklərinin təsdiqləndiyini bildirib.
O qeyd edib ki, Ekspertlər Məclisi heç bir qurum və təşkilatla məsləhətləşmədən Müctəba Xameneini inqilab lideri seçib.