“İran səhv qərarlar qəbul edəcəyi təqdirdə, ABŞ onun enerji infrastrukturuna zərbə endirəcək və dəniz blokadasını davam etdirəcək”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset deyib.
Nazir vurğulayıb ki, ABŞ Silahlı Qüvvələri mümkün hücuma əvvəlkindən daha böyük güclə hazırlaşır:
“İran yanlış seçim edib və razılaşmaya gəlməsə, Silahlı Qüvvələrimiz döyüş əməliyyatlarını yenidən başlamağa hazırdır”.
Pit Heqset İran üçün ən yaxşı seçimin danışıqlar olduğunu vurğulayıb:
“Alternativ var, dialoq heyətimizin söylədiyi kimi, siz firavan gələcəyi, “qızıl körpü”nü seçə bilərsiniz. Amma hələlik biz mühasirəni davam etdirəcəyik. Əgər İran yanlış seçim etsə, o zaman mühasirə və enerji sənayesinə zərbələrdən əziyyət çəkəcək”.