NATO baş katibi: Zelenski Rusiya ilə razılaşmaya hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə razılığa gəlmək istəyir.

Teleqraf xəbər verir ki, bu barədə NATO baş katibi Mark Rutte bildirib.

“Zelenski razılaşma əldə etmək istəyir. Bunu Rusiyaya çatdırmaq lazımdır ki, o da əməkdaşlığa hazır olsun”, - o deyib.

Rutte əlavə edib ki, ABŞ müharibənin bütün tərəfləri ilə təmasları davam etdirir:

“ABŞ-nin Ukraynadakı müharibəni dayandırmaq səyləri həlledici əhəmiyyət daşıyır”.