NATO-dan Ukraynaya ciddi dəstək: Rusiya resurslar savaşında davam gətirə biləcək?
11:13 11.07.2025
Dünya
444
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukraynaya göndərilən Amerika silahlarının maliyyə yükünü NATO müttəfiqləri üzərinə götürəcək.
O, bu barədə "NBC News" telekanalına verdiyi müsahibədə bildirib.
ABŞ lideri əlavə edib ki, bu razılaşma ötən ay keçirilən NATO sammitində əldə olunub.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a deyib ki, əslində, ABŞ uzun müddət təzyiqlər artdıqca Rusiyanın razılaşmaya gedəcəyinə ümid edirdi:
"Hətta Ukrayna ilə ABŞ arasında müəyyən şou xarakterli gedişlər də qurulmuşdu – prezidentlər arasında söz atışmaları və bəyanatlar verildi. Amma reallıq göstərdi ki, Rusiya, Trampın düşündüyü kimi, asanlıqla güzəştə getmək niyyətində deyil.
ABŞ və Rusiya resurslar müharibəsinə ümid bağlayır, amma bu prosesin nə qədər davam edəcəyi sual altındadır və olduqca vacib məsələdir. Artıq ötən ay və bu ayın əvvəlində baş verən hadisələr göstərdi ki, əvvəlcə ABŞ Ukraynaya silah yardımını azaldıb, sonra isə yenidən bərpa edib. Putin və Tramp arasında aparılan danışıqlardan sonra isə ABŞ-ın mövqeyində müəyyən dəyişikliklər müşahidə olundu".
Analitikin fikrincə, artıq bu qərarlar onu göstərir ki, təkcə ABŞ faktoru ilə kifayətlənmək olmaz:
"NATO daha rəsmi şəkildə Ukraynaya ciddi dəstək verməyə başlayır. Bu isə daha çox informasiya müstəvisində Rusiyaya ünvanlanan mesajdır: əgər müharibə yeni mərhələyə keçəcəksə – ki, keçid artıq hiss olunmaqdadır – onda Rusiya bu resurslar savaşında nə qədər davam gətirə biləcək"?
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi