NATO-nun baş komandanı: İrana kömək edənlərə cavab veriləcək

“ABŞ hərbçilərinə qarşı İrana hərbi əməliyyatlarda kömək istənilən tərəfə qətiyyətlə cavab veriləcək”.

Teleqraf xəbər verir ki, bunu NATO-nun Birləşmiş Avropa Silahlı Qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç deyib.

“Amerikalı hərbçiləri hansısa formada təhlükə altına qoyan hər kəsə qarşı qətiyyətlə cavab verməliyik. Əminəm ki, iranlılara Amerika qoşunlarına zərbə endirməyə kömək edən hər kəsə qətiyyətli reaksiya veririk”, - o bildirib.

Qrinkeviç qeyd edib ki, Avropa ölkələrinin böyük əksəriyyəti İrana qarşı əməliyyat zamanı ABŞ-yə aktiv hərbi dəstək göstərir.