NATO Rusiyaya xəbərdarlıq etdi

NATO üzv ölkələrin hava məkanının istənilən formada pozulmasına qətiyyətli cavab verəcək.
Teleqraf xəbər verir ki, bu barədə alyansın Rusiyanın Estoniyanın hava məkanını qırıcı təyyarələrlə pozmasından sonra üzv ölkələr arasında keçirilən məsləhətləşmələrin yekunlarına dair bəyanatında deyilir.
“NATO-nun cavabı qətiyyətli olacaq. Biz öz imkanlarımızı, çəkindirmə qabiliyyətimizi və müdafiə mövqeyimizi effektli hava hücumundan müdafiə vasitələri ilə gücləndirəcəyik”, - NATO vurğulayıb.

Bəyanatda həmçinin qeyd olunub ki, NATO özünü müdafiə etmək və hər tərəfdən təhdidlərin qarşısını almaq üçün bütün lazımi hərbi və qeyri-hərbi alətlərdən istifadə edəcək.

Xatırladaq ki, Rusiya sentyabr ayı ərzində NATO-ya üzv üç ölkənin hava məkanını pozub. Bunlara Polşa, Rumıniya və Estoniya daxildir.