Netanyahu Donald Trampdan aldığı məsləhətləri qulaqardına vurub

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper və Prezident Donald İsraili İranın iri neft müəssisələrinə hücum etməmək barədə xəbərdar edib, amma Baş nazir Benyamin Netanyahu xəbərdarlıqlara məhəl qoymayıb.

Teleqraf xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

Nəşrin yazdığına görə, İsrail neft müəssisələrinə hücumun İran rejimi daxilində xaos yaradacağını təxmin etsə də, bu ehtimalı baş tutmayıb:

“ABŞ administrasiyası İranın neft obyektlərinə hücumun qarşısını almağa çalışıb, çünki bu cür addımların Tehranın İranın qisas olaraq regional ölkələrin enerji obyektlərinə hücum etməsinə səbəb olacağından çəkinib. Məlumata görə, demək oar ki, hər gün ABŞ Prezidenti ilə danışan Benyamin Netanyahu Donald Trampdan aldığı məsləhətləri qulaqardına vurub və İsrail neft anbarlarına hücum edib. Hücum böyük yanğınlar və neft qiymətlərinin artımına səbəb olub”.