Netanyahu: “Qəzzada əməliyyatları atəşkəsdən sonra da davam etdirəcəyik”
Yusif Nəzərli
01:20 23.11.2023
Dünya
305
İsrail hakimiyyəti müvəqqəti atəşkəsdən sonra Qəzza zolağında hərbi əməliyyatları bərpa etmək, Fələstinin HƏMAS radikal təşkilatının hərbi və inzibati potensialının məhvi də daxil olmaqla, qarşıya qoyulan bütün tapşırıqların yerinə yetirilməsinə nail olmaq niyyətindədir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunları İsrailin Baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında deyib.
"Məni düz başa düşmənizi istəyirəm: müharibə davam edir. Qarşıya qoyulan bütün hədəflərə çatana qədər davam edəcəyik: oğurlananların hamısını geri qaytarmaq, HƏMAS-ı məhv etmək və müharibədən bir gün sonra Qəzzaya İsrail vətəndaşları üçün təhlükə yaradan bir qüvvə rəhbərlik etməməsini təmin etmək", - o deyib.
Netanyahu əmin edib ki, ölkə hakimiyyəti İsrailin həm cənub, həm də şimal sərhədlərində təhlükəsizliyi bərpa etmək niyyətindədir.
"Biz həm cənuba, həm də şimala təhlükəsizliyi qaytaracağıq. Biz qalib gəlirik və tam qələbəyə qədər mübarizəmizi davam etdirəcəyik", - Baş nazir əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib
10:17 12.08.2026
Cəmiyyət
Simonyan üçüncü dəfə evlənir - Paşinyan toya gələcəkmi?
09:56 12.08.2026
Region
Yol polisi uşaqlarla bağlı hərəkət iştirakçılarına müraciət edib
09:42 12.08.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 96 dollara yaxınlaşır
09:38 12.08.2026
İqtisadiyyat
Yuxuda qapının açılmaması nə deməkdir?
08:48 12.08.2026
Maraqlı
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol