İsrail Baş naziri Benyamin Netanyahu Livanda atəşkəs rejimini müzakirə etmək üçün İsrail hökumətinin əsas nazirlərinin də daxil olduğu Təhlükəsizlik Kabinetinin təcili telefon iclasını çağırıb.
Axar.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Bildirilib ki, iclas təcili olaraq çağırılıb və nazirlərə beş dəqiqə öncə xəbərdarlıq edilib.
Belə ki, Netanyahunun Təhlükəsizlik Kabinetinin üzvləri ilə telefon danışığı texniki problem səbəbindən dayandırılıb, lakin qısa müddət sonra yenidən başlayıb.