İsrailin baş naziri Binyamin Netanyahu ABŞ ilə birlikdə hücumlar həyata keçirdikləri İran xalqına müraciət edərək onları üsyana çağırıb.
Sherg.az xəbər verir ki, İsrail Baş nazirinin Ofisi tərəfindən Netanyahu adından yayılan açıqlamada İsrailin İran xalqının azadlığı uğrunda mübarizə apardığı iddia olunub.
Netanyahu bunun tarixi bir fürsət olduğunu bildirərək ABŞ ilə birlikdə Tehran hakimiyyətinə qarşı güclü hücumlar həyata keçirdiklərini qeyd edib.
O, İranın ali lideri Əli Xameneinin öldürüldüyünü və İran İnqilab Keşikçiləri Korpusuna məxsus yüzlərlə hədəfin vurulduğunu deyərək İran xalqına müraciət edib: “Hərəkətə keçməlisiniz. Bunun üçün lazım olan şəraiti yaradırıq”.
Netanyahu İran xalqına zərər vermək istəmədiklərini və onları müttəfiq kimi gördüklərini iddia edib. O həmçinin hücumların daha da güclənəcəyinə işarə edib.
İsrail baş naziri çıxışında “Vaxt sürətlə yaxınlaşır, bayrağı sizə təhvil verəcəyik. Bu anı yaxalamağa hazır olun” ifadələrini işlədib.