İsrail Baş naziri Benyamin Netanyahunun Əbu-Dabiyə səfərində əsas məqsədin Səudiyyə Ərəbistanına husilərə qarşı birgə plan təklifinin çatdırılması olduğu bildirilir.
Sherg.az xəbər verir ki, diplomatik mənbələrə görə, İsrail husilərə qarşı İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ-ni əhatə edən, 9 aylıq və üç mərhələdən ibarət plan təklif etmək istəyir.
Planın ilk mərhələsində kəşfiyyat məlumatları və hava əməliyyatları, daha sonra isə Yəməndə siyasi və iqtisadi düzənin Ər-Riyadla daha sıx əməkdaşlığa uyğunlaşdırılması nəzərdə tutulur.
Mənbələr bildirirlər ki, BƏƏ planı birbaşa İsrail-Səudiyyə hərbi ittifaqı kimi deyil, Əbu-Dabinin koordinasiyası ilə həyata keçiriləcək Yəmən prosesi kimi təqdim etməyə çalışa bilər.
Lakin Səudiyyə Ərəbistanının Türkiyə və Pakistanla imzaladığı Məkkə Birgə Müdafiə Sazişini uzunmüddətli siyasi və hərbi əməkdaşlıq platforması kimi qiymətləndirdiyi qeyd olunur. Bu səbəbdən İsrailin Yəmən planının Ər-Riyadın mövcud regional tərəfdaşlıqlarını əvəz etməsi gözlənilmir.