Novakdan Rusiyada yanacaq qıtlığı ilə bağlı tapşırıq

Rusiya Baş nazirinin müavini Aleksandr Novak neft şirkətlərinə regionlarda daxili tələbatı tez bir zamanda ödəmək üçün əlavə yanacaq tədarükünü təmin etməyi tapşırıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin yaydığı məlumatda bildirilib.

Novak daha öncə də Energetika Nazirliyinə və şirkətlərə Rusiyanın bir sıra ən həssas bölgələrində yanacaq vəziyyətini sabitləşdirmək üçün konkret tədbirlər hazırlayıb təqdim etməyi tapşırıb.

Qeyd olunub ki, əsas diqqət yanacaq təchizatı vəziyyətinin gərgin olaraq qaldığı İrkutsk vilayəti və Zabaykalsk diyarının regional yanacaq bazarlarına yönəlib.