Növbədə Hizbullahdır: ABŞ və İsrailin bölgədəki planı Livan və İraqa da uzanacaq
Yusif Nəzərli
23:03 17.07.2025
Dünya
352
Kənan Rövşənoğlu: "Suriyada hakimiyyət içində xaos dərinləşir, xarici güclər bölgəni yenidən qurur"
Suriyanın cənubundakı Suveyda şəhərində atəşkəs əldə edilib. Suriya Daxili İşlər Nazirliyindəki mənbə xəbəri təsdiqləyib. Tərəflər Suveyda şəhərinin mərkəzindəki qüvvələrin Suriya Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərəcəkləri, dövlət qurumlarının isə Dəməşq hökumətinin nəzarətinə keçəcəyi barədə razılığa gəliblər. Bu arada, İsrail KİV-ləri də yazıb ki, Suriya hökumət qüvvələri ölkənin cənubundakı Əs-Süveyda vilayətindən geri çəkilməyə başlayıblar. Bu addım, bölgədəki gərginliyin azaldılması və siyasi həll yollarının açılması istiqamətində mühüm bir mərhələ kimi qiymətləndirilir. ABŞ dövlət katibi Marko Rubio da məlumatın doğru olduğunu deyib. ABŞ tərəfi atəşkəsin bərqərar olunmasını regionda sabitliyin təmin olunması və insan itkilərinin qarşısının alınması baxımından vacib addım kimi dəyərləndirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Suriya lideri Əhməd əş-Şara ilə telefon danışığı aparıb. Danışıq zamanı İsrailin hücumlarından sonra Suriyadakı son vəziyyət müzakirə edilib. Ərdoğan İsrailin Suriyaya hücumlarının qəbuledilməz olduğunu və İsrailin hücumlarının bütün bölgə üçün təhlükə yaratdığını bildirib. Türkiyə prezidenti Suriyada druzlarla əldə edilən atəşkəsin Türkiyə tərəfindən müsbət qarşılandığını bildirib. Əhməd əş-Şara Suriyada siyasi birliyin qorunub saxlanılması, ərazi bütövlüyünün təmin edilməsi və suverenliyin qorunmasında göstərdiyi dəstəyə görə Türkiyə dövlət başçısına minnətdarlığını bildirib. Məlumat üçün bildirək ki, çərşənbə günü İsrail hücumları Şamda Müdafiə Nazirliyinin bir hissəsini dağıdıb və prezident sarayının yaxınlıqlarını hədəf alıb. Hücumların məqsədinin Suriyadakı Dürzi azlığını qorumaq olduğu iddia edilib. Eyni zamanda, əsasən dürzi əhalinin yaşadığı Süveyda vilayətində məzhəblərarası qarşıdurmalar dördüncü gününü də davam etdirib. Suriya Xarici İşlər Nazirliyi İsraili "xaincəsinə hücum" törətməkdə günahlandırıb. Hücumlarda 300-dən çox sivil və əsgərin həyatını itirdiyi bildirilir. Suriyanın üç əsas dürzi ruhani liderindən biri olan Şeyx Yusuf Cərbu xarici müdafiə çağırışlarına qarşı olduğunu bildirərək, "Suriya dövlətindən ümidimizi üzməyəcəyik" deyib.
Araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu Sherg.az-a deyib ki, Suriya və İsrail arasındakı atəşkəsə amerikalılar vasitəçilik ediblər:
"Suriya Prezidenti Əhməd əş-Şara deyib ki, Suveyda vilayətinin idarəçiliyi yerli qüvvələr və cəmiyyət liderlərinə verilib. Həmçinin, Şara bildirib ki, druz vətəndaşlara qarşı cinayət törədən şəxslər cəzalandırılacaq. Belə görünür ki, druzların "dayısı" İsrail olduğu üçün qorundular. Hərçənd, 3 gündə 27 druz edam edilib, 100-ə yaxını öldürülüb. Amma martda nusayrilərin "sahibi" olmadığı üçün 1000-dən çox nusayri öldürüldü, komissiya qurulsa da, nəticə yoxdur. Əlbəttə, inqilab, vətəndaş müharibəsi olan ölkələrdə zorakılıq qaçılmaz olur. Amma bu hadisələr göstərdi ki, Suriyada hətta hakimiyyət içərisində ciddi boşluq və xaos var. Üstəlik, aydın oldu ki, İsrail və ABŞ kürd və druzlar üçün muxtariyyət əldə etməkdə qərarlıdır. Bu cür hadisələr fəderalizasiya üçün arqument olaraq istifadə ediləcək. Müsəlman-ərəb ölkələri heç bir gücə malik deyil, onların bir faydası olmayacaq. İndi sırada Livandakı Hizbullahdır. Ardınca yəqin İraqda silahlı qrupları ləğv etmək prosesi başlayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya