Yaxın Şərqdə öldürülən amerikalı hərbi pilot Tayler Simmonsun atası Çarlz Simmons ABŞ-nin İranla müharibədə iştirakına qarşı çıxıb və hərbi əməliyyatların dayandırılmasına çağırış edib.
Teleqraf "NBC News"a istinadən xəbər verir ki, ABŞ-nin müdafiə naziri Pit Heqsett çərşənbə günü İran müharibəsində həlak olan altı hərbçinin ailələri ilə təkbətək görüşüb.
Görüşdə müharibədə həlak olan pilot Taylerin atası Çarlz Simmons da iştirak edib. Onun 28 yaşlı oğlu ötən həftə İraqda təyyarə qəzasında həlak olan altı ekipaj üzvündən biri olub.
Simmons çıxışı zamanı bildirib: "Mən digər ailələrin adından danışa bilmərəm. Amma bu müharibə bir sıra suallar doğurur. Əsas sual isə budur; bu müharibə kimə lazımdır?"