Oman Sultanı Qazaxıstana səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Oman Sultanı Heytəm bin Tariq əl-Səid ilə söhbəti zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Prezident İrana qarşı müharibədə iştirak etməyən körfəz ölkələrindəki mülki hədəflərə hava hücumlarından narahatlığını bildirib.

Kasım-Jomart Tokayev tərəfləri münaqişəni dialoq və diplomatik yolla həll etməyə çağırıb.

Prezident Oman Sultanını ilin sonuna qədər Qazaxıstana dövlət səfərinə dəvət edib. Heytəm bin Tariq əl-Səid Kasım-Jomart Tokayevin dəvətini qəbul edib.