Omanda ABŞ-İran danışıqları başa çatdı - YENİLƏNDİ

Omanda İran və ABŞ arasında İranın nüvə proqramı üzrə danışıqların birinci raundı başa çatıb.

Teleqraf xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Danışıqların nə vaxt davam edəcəyi hələlik bəlli deyil.

***

12:19

Omanın paytaxtı Maskat şəhərində İran və ABŞ nümayəndə heyətləri arasında nüvə proqramına dair rəsmi danışıqlara start verilib.

Teleqraf xəbər verir ki, bu barədə "Mehr" məlumat yayıb.

Müzakirələrin əsas mövzusunu İranın nüvə proqramı ətrafındakı mövcud vəziyyət və tərəflər arasındakı gərginliyin diplomatik yollarla azaldılması təşkil edir.