Kənd təsərrüfatında, xüsusən də məhsul yığımı mövsümündə zəif nəticə göstərən və əmək intizamına riayət etməyən şəxsləri Ukrayna ilə sərhədi qorumaq üçün orduya çağırmaq lazımdır.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Kadr qıtlığı olduğu bir vaxtda niyə qandal vurmalıyıq ki? Müdafiə naziri Viktor Xrenindən xahiş edin, əmrimi ona çatdırın: işləməyi bilməyən hər kəsi orduya və cənub sərhədinə göndərin. Meşəyə. Bizim uşaqlar - xüsusi əməliyyat qüvvələri mənim əmrimlə Ukrayna sərhədi boyunca mövqe tutublar”, - o bildirib.