Onlayn fırıldağın qurbanı olan kişi "gözəllik kraliçası" üçün Fransaya gəldi
Yusif Nəzərli
21:54 19.07.2025
Dünya
318
Belçikalı kişi evlənmək məqsədi ilə fransız gözəllik kraliçası ilə görüşmək üçün 760 km yol qət edib. Amma sonradan anlayıb ki, o, onlayn fırıldağın qurbanı olub.
Teleqraf BBC-yə istinadən xəbər verir ki, 76 yaşlı Mişel Fransada Sofi Vuzelonun evinə gəlsə də, onu modelin əri qarşılayıb.
O, Vuzelonun əri Fabienə bir neçə həftədir Vuzelo ilə romantik münasibətdə olduğunu düşündüyünü deyib. Qeyd edib ki, bu münasibətin alınması üçün fırıldaqçılara 30 min avro ödəyib.
Dul qalmış belçikalı bir neçə həftə ərzində "Miss Fransa" yarışının qalibi Vuzelo olduğuna inandığı şəxslə "WhatsApp"da "danışıb".
İyulun 9-da o, Parisdən 420 km cənubda yerləşən Saint-Juliendəki villada yaşayan cütlüyün evinin qarşısına gəlib.
Gözəllik kraliçasının əri belçikalı kişinin qarşısında çıxıb və eşitdiklərinə təəccüblənib: "Mənə dedi ki, Sofi Vuzelonun gələcək əriyəm. Dedim yaxşı, sən gələcək ərisənsə, mən də indiki əriyəm. Mən ona aldadıldığını izah etməyə çalışdım və polisə müraciət etməyi məsləhət bildim".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm