Macarıstanın Baş naziri Viktor Orban parlamentdəki deputat vəzifəsindən imtina edib, lakin Fides Partiyasına rəhbərlik etməyə davam edəcək.
Axar.az xəbər verir ki, bu barədə Orban özü məlumat verib.
O bildirib ki, Fides və Xristian-Demokrat Xalq Partiyası koalisiyasının siyahısı üzrə aldığı mandatdan partiyanın yenidən təşkil olunması üçün imtina edib.
Qeyd edək ki, 12 apreldə Macarıstanda keçirilən parlament seçkilərində hazırkı Baş nazir Viktor Orban məğlub olub.