Orban yeni təkliflə çıxış etdi

"Yeganə ağıllı addım strategiyanı nəzərdən keçirmək və Ukraynanı yenidən bufer zonası etməkdir".

Teleqraf xəbər verir ki, bu təkliflə Macarıstanın Baş naziri Viktor Orban çıxış edib.

O hesab edir ki, bu baş verərsə vəziyyət yaxşılaşar.

"Rusiya ilə işgüzar münasibətlər qura və təhlükəsizlik, ticarət, enerji və digər məsələlər üzrə müqavilələr bağlaya bilərik", - deyə Orban bildirib.