
“Oskar” mükafatlı “Fillərin eşqinə” çəkildilər, heç bir qonorar almadılar
22:38 10.08.2023
Dünya
633
Oskar mükafatı alan “Fillərin eşqinə” sənədli filminin prodüser komandasına qarşı iddia qaldırılıb. Sherg.az BBC-yə istinadən xəbər verir ki, sənədli filmdə rol alan Bomman və Bellie cütlüyü rejissor Kartiki Gonsalves və prodüser şirkəti "Sikhya Entertainment"i onlara vəd olunan maddi dəstəyi yerinə yetirilmədiyi səbəbi ilə məhkəməyə verib.
Sənədli filmlə tanınan cütlük filmin prodüser komandasının onlara ev alacaqlarına və maddi dəstək verəcəklərinə söz versə də, heç birini yerinə yetirmədiyini iddia edib. "Qonsalves bizim haqqımızda qısametrajlı sənədli film çəkəcəyini söylədi. Filmin mükafat alacağına dair heç bir fikirimiz yox idi. Biz sadəcə onun dediyini etdik" deyə Bomman bildirib.
Filmin prodüser qrupundan heç bir qonorar almadıqlarını vurğulayan cütlük çəkiliş xərclərini öz ciblərindən ödəməli olduqlarını qeyd edib. Onlar Qonsalvesə verdikləri 40 min rupi (təxminən 817 manat) krediti hələ də geri ala bilmədiklərini də söyləyiblər.

Hüquqi bildirişdə çəkiliş qrupunun kommersiya qazancından ədalətli istifadə edə bilmədiklərini vurğulayan cütlüyün 20 milyon rupi (təxminən 408.421 manat) təzminat tələb etdiyi bildirilib. Məhkəmənin vaxtı hələ təyin edilməyib.
BBC Tamil-ə verdiyi açıqlamada filmin prodüser komandası iddiaları rədd edərək sənədli filmin hekayəsində əməyi olan hər kəsə "dərin hörmət"lərini ifadə edib.
Rejissor Gonsalves və "Sikhya Entertainment" birgə bəyanatında bütün iddiaların "əsassız" olduğunu bildirib və sənədli filmin uğurunun "milli qürur" məsələsi olduğunu vurğulayıblar. Nilgiridə lentə alınan sənədli film Bomman və Belli cütlüyünün həyatlarını Raghu adlı yaralı fil buzovuna həsr etmələrindən bəhs edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rus ordusu Vodyanskoyeni işğal etdi
16:22 19.08.2026
Gündəm
Kazino şəbəkəsinin rəhbəri Gürcüstandan Azərbaycana gətirilib
16:06 19.08.2026
Hadisə
Evdən 10 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
15:58 19.08.2026
Hadisə
Evdən 10 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
15:34 19.08.2026
Cəmiyyət
Rusiya Gürcüstandan kartof idxalını dayandırdı
15:32 19.08.2026
İqtisadiyyat
Bu ayın 17 günü temperatur normadan yüksək olub
15:21 19.08.2026
Ekologiya
Ərdoğan: ABŞ-İran münaqişəsinin yeganə həll yolu danışıqlardır
15:02 19.08.2026
Gündəm
Televiziyamızın yaşıdı
15:00 19.08.2026
Media
Xarici uçuşlara böyük endirim! Biletlər 29 dollardan başlayır
14:46 19.08.2026
Aktual
“Al-Monitor”: Netanyahu Trampla açıq qarşıdurmaya hazırlaşır
14:37 19.08.2026
Gündəm
Azərbaycan səfiri etimadnaməsini Kasım-Jomart Tokayevə təqdim edib
14:17 19.08.2026
Gündəm
Rusiya və Ukrayna əsir mübadiləsi həyata keçirib
13:43 19.08.2026
Dünya
Netanyahu “odla oynayır” - yəni Ərdoğanla - ŞƏRH
13:01 19.08.2026
Gündəm
Kira Rudik: Müharibə zamanı seçki keçirsək, Ukrayna parçalanacaq
12:57 19.08.2026
Dünya