“Əfqanıstanla sərhəddə baş verən silahlı toqquşmalarda Pakistan əsgərləri öldürülməyib və ya əsir götürülməyib”.
APA xəbər verir ki, bunu Pakistan baş nazirinin mətbuat katibi Moşarraf Zaidi bildirib.
"İndiyə qədər heç bir Pakistan əsgəri əsir götürülməyib və ya öldürülməyib", - o öz “X” hesabında yazıb.
Qeyd edək ki, “TOLO News” televiziyası Əfqanıstan hökumət sözçüsü Zabihullah Mücahidə istinadən sərhəddə Əfqan qüvvələri ilə toqquşmalarda təxminən 40 Pakistan hərbçisinin həlak olduğu haqda məlumat yayıb.
O bir neçə Pakistan əsgərinin də əsir götürüldüyünü deyib.
Pakistan tərəfi isə silahlı qarşıdurmalar zamanı Əfqanıstan ordusuna aid texnikanın məhv edildiyini açıqlayıb.