Pakistan hakimiyyəti İrandan Yəmənin Ənsar Allah (Husilər) üsyançı hərəkatına Qırmızı dənizdə üzən gəmilərə hücum etmələrinin qarşısını almaq üçün təsir göstərməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə "Əl-Hədəs" televiziyası məlumat yayıb.
Məlumata görə, bu yaxınlara qədər ABŞ və İslam Respublikası arasında danışıqlarda vasitəçi kimi çıxış edən Pakistan Tehrana Husilərə Qırmızı dənizdəki hücumlarını dayandırmaq üçün təzyiq göstərməyin vacibliyi barədə məlumat verib.
Eyni mənbələrin qeyd etdiyi kimi, İslamabad Tehranın nümayəndələrinə Bab əl-Məndəb boğazının mümkün bağlanmasının bölgədəki mövcud vəziyyəti daha da çətinləşdirəcəyini bildirib.
Bir müddət əvvəl Ənsar Allah Bab əl-Məndəb boğazının tamamilə bağlanması ilə bağlı xəbərləri təkzib etmişdi . Husi sözçüsü məhdudiyyətlərin yalnız Səudiyyə Ərəbistanı gəmilərinə şamil edildiyini iddia etmişdi.