Parisdə etiraz aksiyası zamanı polis əməkdaşı yaralanıb

Fransanın paytaxtı Parisdə keçirilən etiraz aksiyaları zamanı nümayişçilər hüquq-mühafizə orqanlarının əməkdaşlarına yandırıcı qarışıqlı butulkalar atıblar.

Teleqraf verir ki, bu barədə Fransa Milli Jandarm İdarəsi “X” sosial şəbəkəsində məlumat yayıb.

Qurumun açıqlamasında hüquq-mühafizə orqanlarına qarşı zorakılığın qəbuledilməz olduğu bildirilib.

Yayımlanan görüntülərdə əhalinin alıcılıq qabiliyyətinin azalmasına etiraz edən nümayişçilərin polis səddinə yandırıcı qarışıqlı butulkalar atdığı görünür. Nəticədə polis əməkdaşlarından birinin geyimi alovlanıb.