Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başlayıb

Fransanın paytaxtı Parisdə Ukrayna və “könüllülər koalisiyası” ölkələrinin dövlət başçılarının, eləcə də Avropanın yüksək səviyyəli rəsmilərinin danışıqları başlayıb.
APA xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun masa ətrafında qonaqları salamlamasından sonra görüş qapalı formatda davam etdirilib.