
Parisin "sülh göyərçini" təqdimatı: Makron erməni tərəfkeşliyindən əl çəkmir
12:10 15.07.2025
Dünya
476
Makron paylaşımı erməni dilində etməklə Fransanın Ermənistana siyasi jest etdiyini ortaya qoyur
Azərbaycanın Fransanın birtərəfli yanaşmalarına qarşı mütləq ehtiyatlı olmalıdır
Ermənistanın baş naziri Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında keçirilən Paris görüşündə Ermənistan-Azərbaycan mövzusu diqqət mərkəzində olub.
Bu barədə Fransa prezidenti öz sosial şəbəkə hesabında yazıb.
Postu erməni dilində yazan Makron Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasının regionun bütün xalqları və ölkələri, eləcə də onun hüdudlarından kənarda olanlar üçün yeni səhifə aça biləcəyini vurğulayıb.
Mövzu ilə bağlı politoloq Elçin Abdullayev Sherg.az-a açıqlama verib:

"Fransa Prezidenti Emmanuel Makronun Ermənistan-Azərbaycan münasibətlərinə dair bu cür açıq şəkildə, eyni zamanda erməni dilində paylaşım etməsi bir neçə məqamı önə çıxarır. Paylaşımın erməni dilində edilməsi təsadüfi deyil. Əvvəla ona görə ki, Emmanuel Makron bu paylaşımı erməni dilində etməklə Fransanın Ermənistana siyasi jest etdiyini ortaya qoyur. Makron Ermənistan ictimaiyyətinə birbaşa mesaj verir ki, Fransa Ermənistanın hələ də "qardaşıdır" və qardaşı olaraq da qalacaq. Onun bu cür paylaşımı həm də tərəf saxladığını ortaya qoyur. Bu isə Azərbaycanın Fransaya qarşı obyektiv vasitəçi rolunda oynama ehtimalını sarsıda bilər. Digər tərəfdən, Makron sülh sazişini bölgə və onun hüdudlarından kənar ölkələr üçün də əhəmiyyətli olduğunu vurğulamaq istəyir. Əslində Fransa bu mesajla daxildəki erməni lobbisinin də maraqlarına toxunub. Amma eyni zamanda özünü "sülh göyərçini" kimi təqdim edən Paris bu məsələdə sülhün tərəfdarı olduğunu göstərmək istəyir".
Politoloq eyni zamanda Fransanın bu cür mesajları verməklə həm Ermənistan ictimaiyyətinə, həm də beynəlxalq aləmə bölgədə nüfuz uğrunda mübarizənin tam ortasında olduğunu göstərmək istədiyini söyləyib:
"Bu gün Fransa dünyanın bir çox yerlərində Rusiya, ABŞ və Avropa İttifaqı ilə rəqabət içərisindədir. Bu görüşlər və açıqlamalar isə ondan xəbər verir ki, Makron öz dövlətinin Cənubi Qafqazda da bir oyunçu olduğunu ortaya qoymaq istəyir. Nəticə olaraq, Makronun bu addımı Fransanın sülh prosesində vasitəçi olmaq istədiyini göstərsə də, obyektivlikdən uzaq olduğunu açıq şəkildə nümayiş etdirir. Çünki o bu cür paylaşım etməklə həm də Fransanın Ermənistanyönlü mövqe sərgilədiyini ortaya qoyur".
Ekspert sonda Azərbaycanın Fransanın birtərəfli yanaşmalarına qarşı mütləq ehtiyatlı olmalı və bu məsələdə həssas davranmalı olduğunu söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi