Paşinyanın kortejindəki avtomobilin sürücüsü həbs ediləcək
09:00 30.07.2025
Dünya
244
Ermənistanda məhkəmə baş nazirin kortejindəki avtomobilin sürücüsünü qadını vurmaqda təqsirli bilib
Ermənistan məhkəməsi 2022-ci ildə Baş nazir Nikol Paşinyanın kortejindəki avtomobilin sükanı arxasında olarkən hamilə qadını vuran sürücü Aram Navasardyanı təqsirli hesab edib.
Bakupost.az Ermənistan mediasına istinadən xəbər verir ki, sürücü nəqliyyat vasitələrinin istismar qaydalarını pozaraq ehtiyatsızlıq üzündən insanın ölümünə səbəb olmaqda təqsirli bilinib.
Həlak olan qadının ailəsinin vəkili Raffi Aslanyan bildirib ki, sürücünün təqsiri məsələsi həll olunub, cəza məsələsinə isə əlavə dinləmələr mərhələsində baxılacaq. Hüquqşünas əlavə edib ki, zərərçəkmiş tərəf qərardan razıdır, çünki onların dəlilləri məhkəmə tərəfindən nəzərə alınıb.
"Hadisə baş verən zaman köhnə Cinayət Məcəlləsi qüvvədə idi, buna görə də Navasardyanı beş ilədək həbs cəzası gözləyirdi. Yeni Cinayət Məcəlləsinə əsasən, ona qarşı irəli sürülən ittiham 2 ildən 5 ilədək həbs cəzasını nəzərdə tutur. Lakin yeni məcəllənin sərtləşdirildiyini nəzərə alaraq, köhnə məcəllə tətbiq ediləcək və cəza o qədər də sərt olmaya bilər", - Aslanyan izah edib.
Xatırladaq ki, 2022-ci il aprelin 26-da Navasardyan idarə etdiyi avtomobillə qadını vuraraq hadisə yerindən qaçıb. Lakin iki saat sonra geri qayıdıb və istintaq hərəkətlərində iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qarabağ”dan ayrılan Addainin yeni klubu rəsmiləşdi
09:19 28.07.2026
Futbol
Hindistan XİN Ukrayna səfirini çağırdı
08:58 28.07.2026
Dünya
Tom Kruzun qızı Suri atasının soyadından imtina edib
08:57 28.07.2026
Dünya
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region