Rusiyanın elan etdiyi Pasxa atəşkəsi 11 aprel saat 16:00-dan 12 aprel gecə yarısınadək qüvvədə olub. Atəşkəs qərarı prezident Vladimir Putin tərəfindən verilmişdi.
Sherg.az Rusiya mediyaçıç bildirir ki, bu müddət ərzində Ukrayna tərəfi atəşkəsi təxminən 2 min dəfə pozub. Məlumata görə: sərhəd bölgələri və mövqelər yüzlərlə dəfə atəşə tutulub. Yüzlərlə pilotsuz uçuş aparatı (dron) hücumu həyata keçirilib
bir neçə istiqamətdə hücum cəhdləri edilib və geri qaytarılıb
Rusiya tərəfi isə atəşkəs rejiminə əməl etdiyini və mövqelərini tərk etmədiyini iddia edir.
Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl “güzgü addımlar” atmağa hazır olduqlarını bildirmiş və atəşkəsin davam etdirilməsi ehtimalını istisna etməmişdi.
Atəşkəsin uzadılıb-uzadılmayacağı isə hələlik qeyri-müəyyən olaraq qalır.