Pekin Yaponiyanı nüvə silahıyla hədələyib
Fidan Həmişəyeva
09:07 29.07.2021
Dünya
601
Tokioda yay olimpiadası davam edir. Yaponiya hökuməti idman oyunlarını yüksək səviyyədə keçirməklə yanaşı ətrafında baş verənləri də izləyir. Vaşinqtonun ardınca Tokio da Tayvan probleminə diqqətini artırıb. Tokio bəyan edib ki, Tayvanı Çin təhlükəsi qarşısında tək qoymayacaq. Bu açıqlamadan sonra Yaponiyaya məxsus hərbi gəmi Tayvan adasına yaxınlaşaraq Çinə əzələ nümayişi göstərib.
Tokio Vaşinqtonla birgə Tayvan adasını Çinin həmlələrindən qorumağa hazırdır. Görünür, Tokioda hesab edirlər ki, Çin nə vaxtsa Tayvan adasını ələ keçirsə, bununla kifayətlənməyəcək, bu isə Yaponiyaya təhlükəsizlik problemləri yaradacaq.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a bildirib ki, Çin Tayvanı özününkü sayır və bunu gizlətmir:
“Çin lideri Tsi Tsinpin açıq bəyan edib ki, əsas məqsədləri Tayvanı Çinə birləşdirməkdir. Çin bu istiqamətdə addım-addım irəliləyir, ordusunu və hərbi donanmasını gücləndirir. Pekinin bu siyasəti Yaponiya ilə yanaşı digər sahil dövlətlərini də narahat edir.
Buna baxmayaraq, Pekin qarşısındakı sədləri aşmağa hazırlaşır. Yaponiyaya gəldikdə Pekin bu ölkəni nüvə silahıyla hədələyib. Nüvə silahı Yaponiya üçün həssas mövzudur. Yaponiya dünyanın yeganə ölkəsidir ki, iki şəhərinə atom bombası atılıb, nəticədə minlərlə insan həlak olub.
Çin Kommunist Partiyasının yayımladığı videogörüntüdə Yaponiyanın Tayvan məsələsinə qarışacağı və Çinlə birləşməsinə mane olacağı halda adaya nüvə zərbəsi endirəcək. Çin bu görüntünü internetdə yayımlayıb.
Bəzi ekspertlər bu xəbərdarlığı ciddi qəbul etməyiblər. Çünki Çin heç zaman Yaponiyaya qarşı nüvə silahından istifadə edə bilməz. Məsələ burasındadır ki, Yaponiya Çinə yaxın ərazidədir. Yaponiyaya atılan nüvə silahının Çinə də mənfi təsirləri olacaq. Digər tərəfdən bu beynəlxalq cinayət olar”.
E.Şahinoğlu qeyd edib ki, Çinin hədəsinə ciddi yanaşanlar da var:
“Belələri hesab edirlər ki, Çin Tayvanı özünə birləşdirmək üçün bütün riskləri hesablayıb, istənilən dövlətlə qarşıdurmaya hazırdır. Ancaq ABŞ və Yaponiya da Çinin bu hədəsi qarşısında təslim olan deyillər. Həm Vaşinqton, həm də Tokio Tayvanı Çinin hücumlarından qorumaq üçün əks-həmlədən çəkinmirlər. Odur ki, Çin hakimiyyətinin Yaponiyanı internetdə yaydığı nüvə hədəsiylə bağlı siyasəti Tokioun qorxutmur. Doğrudur, Yaponiyanın nüvə silahı yoxdur. Ancaq Yaponiyanı ABŞ qoruyur. Yaponiyaya ediləcək həmlə ABŞ-ın hərəkətə keçirəcək, Vaşinqton müttəfiqi qorumaq üçün istənilən addımı atacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol
Niderlandın Rotterdam limanında partlayış: Ölən və yaralananlar var
18:15 13.08.2026
Dünya
Çin və Belarus hərbçiləri birgə təlimlər keçirir
18:08 13.08.2026
Dünya
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz