Pentaqon: ABŞ-nin İrana 200 min əsgər yerləşdirməsinə ehtiyac yoxdur

Vaşinqton administrasiyası hesab edir ki, ABŞ-nin İranda məqsədlərinə çatması üçün 20 il müddətinə İslam Respublikasına 200 min Amerika əsgəri göndərməsinə ehtiyac yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset mətbuat konfransında bildirib.

Heqset İrana qarşı quru əməliyyatın mümkünlüyünə toxunaraq əlavə edib: "Biz axmaq deyilik. 200 min əsgəri orada yerləşdirməyimizə və orada 20 il qalmağımıza ehtiyac yoxdur. Biz sübut etdik ki, axmaq olmadan da ABŞ-nin maraqlarını irəli aparan məqsədlərə nail olmaq mümkündür".