ABŞ-nin Hərb Nazirliyi (Pentaqon) Almaniya Silahlı Qüvvələri (Bundesver) ilə əlaqələrini dayandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə almaniyalı general-leytenant Kristian Froydinq "The Atlantic" nəşrinə müsahibəsində bildirib.
Freydinq Bundesverdə Ukraynaya yardımların əlaqələndirilməsi üzrə işçi qrupunun rəhbəri vəzifəsində çalışıb. Generalın sözlərinə görə, o, vaxtilə Pentaqon nümayəndələri ilə gecə-gündüz yazışmaq imkanına malik olub, lakin son vaxtlar əlaqələr kəsilib.
Hazırda Almaniya Silahlı Qüvvələrinin komandanı vəzifəsini icra edən Froydinq bildirib ki, indi hansısa məlumat əldə etmək üçün "Pentaqonda kimisə tapmalı" və ya Vaşinqtondakı Almaniya səfirliyi ilə əlaqə saxlamalı olurlar.
O, həmçinin, ABŞ Prezidenti Donald Trampın Administrasiyasının Almaniyaya Ukraynaya müəyyən növ silahların tədarükünün dayandırılması ilə bağlı xəbərdarlıq etmədiyini də açıqlayıb.