ABŞ ordusu Yaxın Şərqdə əməliyyatların davam etdirilməsi üçün mümkün ssenarilərdən biri kimi quru qüvvələrinin İrana yerləşdirilməsi üçün hərtərəfli hazırlıqlar görür.
Teleqraf xəbər verir ki, bu barədə CBS mənbələrə istinadən məlumat yayıb.
Mənbələrə görə, ABŞ Prezidenti Donald Tramp bu məsələni nəzərdən keçirir, lakin onun son qərarı nə vaxt verəcəyi məlum deyil.
Daha əvvəl "Fox News" ABŞ müdafiə rəsmisinə istinadən USS Boxer və 11-ci Dəniz Ekspedisiya Bölməsinin rəhbərlik etdiyi amfibiya hücum qrupunun Yaxın Şərqə yola düşdüyünü bildirmişdi.
Təxminən 4500 dənizçi və dəniz piyadasından ibarət xüsusi qrup 18 martda Kaliforniyanın San Dieqo şəhərindən yola düşüb və hazırda Sakit Okeanı keçir. Rəsmilər Yaxın Şərqin məsuliyyət zonasına tranzitin təxminən bir ay çəkəcəyini təxmin edirlər. Xüsusi qrupa USS Boxer ilə yanaşı, amfibiya hücum gəmisi USS Portland və amfibiya nəqliyyat doku USS Comstock daxildir.