Pentaqon rəhbəri İrana qarşı müharibədə Rusiya və Çin amilindən danışıb

Onlar burada əhəmiyyətli bir faktor deyillər.

APA xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset brifinqdə “İranın müttəfiqlərinə, xüsusən də Rusiya və Çinə mesajınız nədir?” sualına cavabında bildirib.

Eyni zamanda, Heqset İrana qarşı hərbi əməliyyatda süni intellektdən istifadə olunduğunu deyib.

“Bizim çox sayda avtonom sistemlərimiz, pilotsuz uçuş aparatları və digər vasitələrimiz var, onlara süni intellekt xüsusiyyətləri əlavə edilib, amma bir çoxunu burada danışa bilmirəm”, – o bildirib.