Kreml NATO-ya Rusiya üçün düşmən hesab etdiyi bir alyans kimi yanaşır, deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Sherg.az xəbər verir ki, o, bu açıqlamanı ABŞ lideri Donald Trampın İran əməliyyatından sonra ABŞ-nin NATO-dakı üzvlüyünü yenidən gözdən keçirmək vədini şərh edərkən verib.
Kreml nümayəndəsi brifinq zamanı bildirib: "Bu, bizə qarşı düşmən olan bir alyansdır… Bizim düşmənimiz hesab edir və müvafiq addımlar atır.’”
Qeyd edək ki, əvvəlcə Tramp alyansın İran əleyhinə əməliyyatda kömək etməməsi fonunda ABŞ-nin NATO-dan çıxmasını ciddi şəkildə nəzərdən keçirdiyini bildirmişdi.
"The Wall Street Journal" qəzeti yazır ki, Tramp müşavirləri ilə söhbətlərində ABŞ-nin NATO-dan çıxmaq imkanını müzakirə edib.