Pezeşkian: Bir nəfərdən başqa hamı müharibənin dayandırılmasını dəstəklədi

“Xalq lazım gəldikdə döyüşəcəyini və geri addım atmayacağını nümayiş etdirdi, amma müharibə problemlərin həlli üçün həmişə doğru yol deyil”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Əllə açmaq mümkün olan düyünü dişlə açmaq olmaz”, - dövlət başçısı əlavə edib

Pezeşkian bildirib ki, mövcud vəziyyətdən düşünülmüş qərarlar və düzgün strategiya ilə çıxmaq mümkündür.

İran Prezidenti ABŞ ilə əldə olunmuş anlaşma memorandumunu “İslam Respublikasının fəxri sənədi” adlandıraraq, qarşı tərəfə etimadsızlığa baxmayaraq, sülhdən imtina edilməməli olduğunu söyləyib. O qeyd edib ki, sülh əldə edildikdən sonra belə ABŞ-nin mümkün sürpriz addımlarına qarşı ehtiyatlı olmaq lazımdır.

Məsud Pezeşkian vurğulayıb ki, İran Milli Təhlükəsizlik Şurasının bir nəfər istisna olmaqla bütün üzvləri son anlaşma memorandumunu dəstəkləyib: “İran hökuməti mövcud böhrandan uzaqgörənlik və tədbirlə çıxmağa çalışır”.