
Politoloq: Ermənistanda kadr çatışmazlığının əsas səbəbi gələcə perspektivin olmamasıdır
09:38 04.04.2025
Dünya
721
Lakin məsələ yalnız kadr çatışmazlığı ilə məhdudlaşmır – ümumilikdə ölkədə ciddi demoqrafik böhran yaşanır
Ermənistanda son illərdə kadr çatışmazlığı artan tendensiya ilə müşahidə olunur. Lakin bu problem yalnız kadr çatışmazlığı ilə məhdudlaşmır. Ölkədə ciddi demoqrafik böhran yaşanır. BMT-nin hesablamalarına əsasən, yaxın illərdə də əhali azalması davam edəcək. Bu tendensiya, təkcə sıravi vətəndaşların deyil, həm də dövlət strukturlarında çalışan peşəkar kadrların da ölkədən getdiyini göstərir.
Ermənistan baş naziri Nikol Paşinyan bu problemi etiraf etsə də, səbəblərini tam açıqlamır.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu Sherg.az-a açıqlamasında Ermənistanın demoqrafik böhran yaşamasından danışıb:

"Son illərdə Ermənistanda kadr çatışmazlığı artan tendensiya ilə müşahidə olunmaqdadır. Lakin məsələ yalnız kadr çatışmazlığı ilə məhdudlaşmır – ümumilikdə ölkədə ciddi demoqrafik böhran yaşanır. BMT-nin instansiyasının hesablamalarına əsasən, yaxın illərdə də Ermənistanda əhali azalması davam edəcək. Bu tendensiya ölkəni tərk edənlərin təkcə sıravi vətəndaşlardan ibarət olmadığını, həm də dövlət strukturlarında çalışacaq peşəkar kadrların da ölkədən getdiyini göstərir. Baş nazir Nikol Paşinyan bu problemi etiraf etsə də, onun əsas səbəblərini tam açıqlamır. Əslində, ölkədə kadr böhranı təkcə onun hakimiyyəti dövründə deyil, ondan əvvəlki dövrlərdə də mövcud idi. Bunun əsas səbəbi isə Ermənistanın illərlə apardığı işğalçı siyasət və təcavüzkar mövqedir. Bu siyasət nəticəsində Ermənistan iqtisadi və regional əməkdaşlıq imkanlarından kənarda qalmış, mühüm beynəlxalq və regional layihələrdən təcrid olunmuşdur. Halbuki, əgər İrəvan konstruktiv yanaşma sərgiləsəydi, bu layihələrdə iştirak edə bilərdi və ölkənin iqtisadiyyatı normallaşa bilərdi.
Ermənistan vətəndaşlarının, xüsusilə peşəkar kadrların ölkəni tərk etməsinin əsas səbəbi gələcəklə bağlı perspektivin olmamasıdır. Onlar Ermənistanın dövlət strukturlarında işləməkdə, ümumiyyətlə, ölkədə yaşamaqda perspektiv görmədikləri üçün xaricdə və ya qeyri-dövlət sektorunda iş axtarmağa məcbur qalırlar".
Ekpert Paşinyanın bu problemi dilə gətirməklə yanaşı, onun köklü səbəblərini də qəbul etməli olduğunu söyləyib:
"Bu, Paşinyanın və onun sələflərinin uzun illər yürütdüyü səhv siyasətin nəticəsidir. Çıxış yolu isə Azərbaycanın sülh gündəliyinə uyğun davranmaqdan, regional iqtisadi və nəqliyyat layihələrinə qoşulmaqdan keçir. Ermənistan nəqliyyat-kommunikasiya xətlərinin açılmasına və iqtisadi əməkdaşlığa razılıq versə, bu, ölkənin inkişafına töhfə verə bilər. Bunun üçün isə Ermənistan uzun illər dəstəklədiyi prinsiplərdən imtina etməli, qonşu dövlətlərə qarşı ərazi iddialarını bir dəfəlik geri çəkməlidir.
Hesab edirəm ki, Ermənistandakı iqtisadi və demoqrafik böhranın əsas kökündə məhz bu məqamlar dayanır".
Müsahibimiz sonda Paşinyanın həqiqətən bu problemi həll etmək istədiyi halda, əvvəlcə bu səhvlərin aradan qaldırılması istiqamətində real addımlar atmalı olduğunu bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya