
Politoloq: PKK-nın atacağı addımları izləmək lazımdır
09:42 14.07.2025
Dünya
568
İstər regional, istərsə də regiondan kənar ölkələrin PKK üzərindən Türkiyəyə təzyiq göstərmək maraqları mövcuddur
Türkiyədə Kürd Fəhlə Partiyasının (PKK) Şimali İraqdakı 11 düşərgəsinin tamamilə ləğv edilməsi və orada olan minlərlə silahlının başqa yerlərə köçürülməsi planlaşdırılır.
"Sabah” qəzetinin verdiyi məlumata görə, bu tədbir Ankaranın terrorizmdən azad olunması istiqamətində həyata keçirdiyi proses çərçivəsində nəzərdə tutulur.
PKK 47 il əvvəl Türkiyənin Diyarbəkir şəhərində yaradılıb və bu müddət ərzində Şimali İraqda 11 əsas düşərgə qurub. Bunlar ölkədə təşkilatın əsas bazaları sayılır və çoxsaylı kiçik dayaq nöqtələrindən əlavədir. Türkiyə sərhədinə ən yaxın yerləşən düşərgələrdən biri - böyük Zap düşərgəsidir ki, o, Türkiyənin Hakkari vilayətindən də görünür. Bu yer PKK üçün ən vacib məntəqələrdən biridir. Qəzetin məlumatına görə, təşkilatla əlaqəsi olmayan şəxslərin ora girişi qadağandır və dəfələrlə oradan Türkiyə ərazisinə keçmək cəhdləri baş verib.
Qeyd edək ki, hazırda Türkiyədə terror fəaliyyətinə görə ömürlük həbs cəzası çəkən PKK lideri Abdullah Öcalan bu ilin fevral ayında təşkilatla əlaqəli bütün qrupları silahı yerə qoymağa və Ankarayla silahlı münaqişəyə son qoymağa çağırmışdı. May ayında PKK qurultay keçirmiş və orada təşkilatın ləğvi və Türkiyə hakimiyyəti ilə təxminən 50 il davam edən qarşıdurmaya son qoyulması barədə qərar qəbul etmişdi.
Politoloq Samir Hümbətov Sherg.az-a bildirib ki, PKK-nın silahı yerə qoyması çox böyük və mühüm bir hadisədir:

"1978-ci ildən bu yana formalaşmış və zaman-zaman böyük güclərin dəstəyini almış PKK-nın silahlı fəaliyyətə son verməsi, özlüyündə müsbət bir haldır. Ancaq burada məsələ təkcə partiyanın qərar qəbul etməsi ilə yekunlaşmır. PKK-nın müxtəlif qolları mövcuddur – PYD, YPG, PJAK, Rojava və s. Bu strukturun bütün elementləri qərara əməl etməlidir. Düzdür, Abdullah Öcalan tərəfindən silahlı mübarizənin dayandırılması ilə bağlı çağırış edilib. Artıq bəzi qruplar bu çağırışa reaksiya verərək silahı yerə qoymağa başlayıblar. Amma bu prosesin nə dərəcədə səmimi və davamlı olacağı hələ ki, sual altındadır. Əgər proses səmimi şəkildə davam etsə və PKK həqiqətən silahlı fəaliyyəti dayandırsa, bu həm Türkiyə, həm də bölgə üçün təqdirəlayiq bir hal olacaq. Həmçinin bu, Türkiyənin terrorla mübarizəsində də ciddi üstünlük qazandıracaq. Əks halda, yəni silahlı fəaliyyət tam dayandırılmazsa, Türkiyə bu məsələyə yenidən, ciddi şəkildə yanaşmalı olacaq. Necə ki, bir neçə gün əvvəl Türkiyə 12 hərbçisini şəhid verdi. Bu kimi hadisələr bölgədəki vəziyyətin hələ də sabit olmadığını göstərir".
Analitik əlavə edib ki, terrora son qoyulmalı, qarşıda terrorun olmadığı bir Türkiyə və sabit bir coğrafiya formalaşmalıdır:
"Hazırda PKK-nın atacağı addımları izləmək lazımdır. Ola bilər ki, təşkilatın öz daxilində silahı tam şəkildə yerə qoymaq istəyi mövcuddur. Amma xarici təsirlər və maraqlı güclər buna imkan verəcəkmi? Bu, hələ də açıq qalan bir sualdır. Çünki "Hazırda PKK-nın atacağı addımları izləmək lazımdır.Çünki istər regional, istərsə də regiondan kənar ölkələrin PKK üzərindən Türkiyəyə təzyiq göstərmək maraqları mövcuddur. Bu səbəbdən məsələ ilə bağlı ehtiyatlı olmaq və hadisələri ciddi şəkildə analiz etmək vacibdir. Hələlik isə bu çağırışa ehtiyatla, amma diqqətlə yanaşmaq lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi