
Politoloq: Rusiyanın qalib gəlmək şansı yoxdur
12:02 07.11.2025
Dünya
406
Növbəti mərhələdə daxildə narazılıq və federasiya tərkibində respublikaların mərkəzdən qaçma siyasəti mümkündür
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında təhlükəsizlik qüvvələrinə və mülki xidmət orqanlarına nüvə silahı sınaqlarına hazırlaşmaq barədə göstəriş verib. Bu qərar beynəlxalq səviyyədə ciddi narahatlığa səbəb olub və yeni siyasi böhranın başlanğıcı kimi qiymətləndirilir.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında bildirib ki, Rusiya bu nüvə sınaqlarını ilk növbədə ABŞ-yə qarşı güc nümayişi kimi həyata keçirməyə hazırlaşır. Kreml bununla Qərbə “Rusiya yenidən qlobal güc mərkəzidir və onunla hesablaşmaq lazımdır” mesajını vermək niyyətindədir:

“Mövcud beynəlxalq nizamın deqradasiyaya uğraması və Rusiyanın artan hərbi ritorikası Vaşinqtonu da hərəkətə gətirib. ABŞ administrasiyası da cavab addımı olaraq nüvə sınaqları keçirməyə hazırlaşır. Beləliklə, iki nüvə gücünün qarşılıqlı “güc nümayişi” qlobal təhlükəsizlik sistemini daha da gərginləşdirir. ABŞ Rusiyanın yenidən fövqəldövlət statusu qazanmasına imkan verməyəcək və bu istiqamətdə preventiv addımlar atmaqda davam edəcək. Lakin V.Putinin Qərblə qarşıdurmadan geri çəkilməməsi ehtimalı həm beynəlxalq sabitliyə, həm də Rusiyanın daxili siyasi-iqtisadi vəziyyətinə mənfi təsir göstərəcək”.
M.Əsədullazadənin sözlərinə görə, Rusiya prezidentinin əsas strateji planı Şərqi Avropanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı yenidən Rusiyanın orbitinə qaytarmaqdır:
“Amma beynəlxalq siyasi konyuktura və dəyişən geosiyasi nizam Rusiyanın bu planı reallaşdırmasının üstündən xətt çəkir. Rusiyanın qalib gəlmək şansı yoxdur. Növbəti mərhələdə Rusiyanın daxilində narazılıq və federasiya tərkibində respublikaların mərkəzdən qaçma siyasəti mümkündür”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm