
Politoloq: Tramp ancaq gücə hörmət göstərir
Yusif Nəzərli
22:47 08.04.2025
Dünya
567
ABŞ liderinin Ərdoğana və Putinə münasibəti digər ölkə rəhbərlərindən fərqlidir
“Türkiyə Suriyada heç kimin edə bilmədiyi şeyi etdi. Ərdoğan çox güclü və ağıllı adamdır”. Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra deyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqələrinin çox yaxşı olduğunu vurğulayan Tramp Türkiyənin Suriyadakı rolunun çox mühüm olduğunu vurğulayıb: “Mənim Ərdoğanla çox yaxşı münasibətlərim var. Bilirəm ki, mətbuat mənim Ərdoğanı bəyəndiyimə görə qəzəblidir. Amma mən onu bəyənirəm, o da məni bəyənir və bizim heç vaxt problemimiz olmayıb”. Tramp Ərdoğanın liderliyini güclü və ağıllı adlandıraraq, onun Suriya məsələsində heç kimin bacarmadığı işləri gördüyünü bildirib: “Ərdoğan çox güclü və zəkalı biridir. O, (Suriya məsələsində) başqasının edə bilmədiyini etdi. Onun haqqını vermək lazımdır”. ABŞ Prezidenti İsrail Baş naziri Netanyahuya cavab olaraq, Türkiyə ilə Suriya məsələsindəki mümkün anlaşmazlıqları da özünün həll edə biləcəyini bildirib: “Siz də, biz də bu məsələdə məntiqli olsaq, bu problemi həll etmək mümkündür. Məncə, bu, hazırda ciddi problem deyil”.
AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli "Sherg.az"a açıqlamasında deyib ki, ABŞ Prezidenti Donald Tramp tipik varlı, kapitalist amerikalını tərənnüm edir. Ekspert vurğulayıb ki, belə şəxslər ilk növbədə qarşısındakı gücə hörmət göstərir:

"Yəni sən güclüsənsə, Tramp sənə də hörmət edəcək. Ona görə də Trampın Türkiyə lideri R.T.Ərdoğana, Rusiya rəhbəri V.Putinə münasibəti digər ölkə rəhbərlərindən fərqlidir. Tramp kimi adamlar qalib, güclü, sözünün çəkisi olan liderlərlə hesablaşırlar, onlarla dostluq etmək, anlaşmaq istəyirlər. Hətta ABŞ prezidenti ən yaxın müttəfiqi sayılan İsrail Baş naziri Benyamin Netanyahunun yanında belə Ərdoğanı müdafiə etdi, onu təriflədi. Tramp dedi ki, "Türkiyə Suriyanı aldı". Bunu təsadüfi söyləmədi. Tramp məhz alan, udan, qazanan, qalib olan liderlərə hörmət bəsləyir. Putin Ukrayna müharibəsində uğursuzluğa düçar olsaydı, Tramp Putinin nazı ilə oynayacaqdımı? Yaxud Ərdoğan güclü lider olmasaydı, Suriyada, Yaxın Şərqdə uğur qazanmasaydı, Ağ Ev rəhbəri Türkiyə başçısının ünvanına xoş sözlər söyləyərdimi? Tramp sadəcə gücə hörmət edir. Artıq dünya cəngəllik qanunları ilə idarə olunur. Güclülərlə hesablaşırlar. Zəif olanların isə əlindən hər şeyi alır, onların ölkəsini parçalayır, şərtlər irəli sürürlər. Necə ki, hazırda Ukraynaya eyni yanaşmanı sərgiləyirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya