
Politoloq: Üçtərəfli sazişin imzalanması önəmli hadisədir
Yusif Nəzərli
23:00 01.04.2025
Dünya
452
Tacikistan, Özbəkistan və Qırğızıstan illərdir davam edən sərhəd münaqişələrini vasitəçisiz həll ediblər
Tacikistan Prezidenti İmaməli Rəhman, Özbəkistanın lideri Şövkət Mirziyayev və Qırğızıstan rəhbəri Sadır Japarov üçtərəfli sammitin yekunları üzrə sazişlər imzalayıblar. Liderlər üç ölkənin dövlət sərhədlərinin qovşağına dair sənədi, eləcə də əbədi dostluq haqqında Xucənd bəyannaməsini imzalayıblar. Tədbir Tacikistan liderinin Xucənd yaxınlığında yerləşən Gülistondakı iqamətgahında baş tutub. Ekspertlərə görə, bu, son günlərin ən önəmli hadisələrindən biridir. Sazişlər uzun sürən danışıqlardan sonra ərsəyə gəlib. Son 30 ildə sözügedən üç respublika arasında dəfələrlə sərhəd toqquşmaları, milli-etnik zəmində münaqişələr baş verib. Həmin toqquşmaların, münaqişələrin "ssenari"si heç şübhəsiz ki, Kremldə cızılırdı.
Politoloq İlqar Vəlizadə "Sherg.az"a açıqlamasında bunun çox önəmli bir saziş olduğunu söyləyib. Analitik vurğulayıb ki, üç dövlət arasında nəhayət belə bir sazişin imzalanması ondan xəbər verir ki, tərəflər öz aralarındakı problemli məsələləri həll etməyə nail olublar:

"Diqqətçəkən məqam odur ki, Tacikistan, Özbəkistan və Qırğızıstan illərdir davam edən sərhəd münaqişələrini vasitəçisiz həll ediblər. Digər yandan, konkret hadisələr göstərir ki, Tacikistan, Özbəkistan və Qırğızıstan regionda yeni təhlükəsizlik sisteminin qurulmasına nail olublar. Bu da öz növbəsində regionda gedən prosesləri proqnozlaşdırılan edir. Hansısa xarici amilin bu ölkələr arasındakı münasibətləri pozmasına imkan yaranmayacaq. Orta Asiya ölkələri suveren şəkildə öz münasibətlərini tənzimləyə bilirlər. Bu ölkələr arasında sərhədlər çox mürəkkəb olduğuna görə, uzun zaman ərzində delimitasiya və demarkasiya aparmaq mümkün olmayıb. Vaxtı ilə sovetlər tərəfindən müəyyən olunan sərhədlər illər boyu üç ölkə arasında gərgin münasibətlərə, hətta hərbi toqquşmalara səbəb olub".
İ.Vəlizadə qeyd edib ki, sərhədlərin müəyyənləşməsində tarixi və etnik məsələlər qəsdən nəzərə alınmayıb:
"Yəni mövcud sərhədlər öz-özlüyündə münaqişələrin yaranmasına şərait yaradırdı. Müəyyən eksklavlar, anklavların yaranması ilə nəticələnirdi. Təbii ki, belə bir durum Tacikistan, Özbəkistan və Qırğızıstan arasında münasibətlərin inkişafına maneçilik törədirdi. Üçtərəfli saziş problemlərin həllinə böyük təkan olmaqla yanaşı, siyasi-iqtisadi əməkdaşlıq üçün də geniş perspektivlər açır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya