
Politoloq: Ukrayna savaşı daha da şiddətlənəcək
Yusif Nəzərli
08:26 19.04.2025
Dünya
539
Rusiya və ABŞ arasında danışıqlar Avropasız aparıldığı üçün müsbət nəticə əldə edilməyəcək
"ABŞ Ukraynada atəşkəsin mümkün olub-olmayacağına bir neçə gün ərzində qərar verəcək". Bunu ABŞ dövlət katibi Mark Rubio jurnalistlərə açıqlamasında bildirib. Rubio deyib ki, əgər bir neçə gün ərzində Ukraynada müharibəni dayandırmaq səylərimiz uğursuz olarsa, Prezident Trampa danışıqların daha uyğun variant olmadığını bildirəcəklər. Dövlət katibi həmçinin əlavə edib ki, əgər hər iki tərəf sülhə ciddi yanaşarsa, ABŞ Ukraynadakı münaqişənin həllinə yardım etməyə hazırdır: “Əks halda ABŞ başqa prioritetlərə yönələcək”. Onun sözlərinə görə, ABŞ hələlik Ukraynanın təhlükəsizlik zəmanətləri məsələsini açıq şəkildə müzakirə etməyə hazır deyil. ABŞ dövlət katibi əlavə edib ki, “Avropa sanksiyalarının ləğvi razılaşmanın bir hissəsinə çevrilə bilməsi üçün Aİ ölkələri Ukraynadakı nizamlanma prosesinə cəlb edilməlidir”.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, ABŞ, Rusiya və Ukrayna arasında atəşkəsin əldə olunması üçün Kiyevə təzyiqlər edir. Ekspert bildirib ki, Ağ Ev xüsusilə Ukraynanın beş regionunu Moskvaya güzəştə getməyə və bunun müqabilində atəşkəsin əldə edilməsini tələb edir:

"Bu kontekstdə Donald Trampın xüsusi nümayəndəsi Putinlə danışıqlar aparıb. Bir neçə gün bundan əvvəl ABŞ xüsusi nümayəndəsi beş regionla bağlı danışıqlar getdiyini vurğulayıb. Görünür, Vaşinqton beş regionu Rusiyaya verməklə atəşkəsin əldə edilməsinə çalışır. Rusiya xarici kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkin Ukraynada atəşkəs və sülh üçün Kiyevin Rusiyanın sərhədləri daxilində beş regionu tanınmasını əsas şərt kimi irəli sürdü. Prinsipcə, Tramp Putinin Ukrayna ilə bağlı bu şərtini qəbul etmək istəyir. Amma Ukrayna prezidentinin prinsipial mövqeyi və Avropa ölkələrinin dəstəyi Tramp-Putin sövdələşməsinin qarşısını alır. Göründüyü kimi, V.Zelenskinin "Patriot" raket almaq təklifinə Tramp sərt reaksiya verib. Bu, göstərir ki, ABŞ prezidenti Rusiya ilə sövdələşməyə getməyə çalışır. Amma Rusiya atəşkəsə getmir və hətta Kiyevdə hakimiyyətin dəyişməsi şərtini qoyur. Hazırkı şərtlərlə Rusiya-ABŞ arasında danışıqlar baş tutmayacaq".
Ekspertə görə, Tramp komandasında Rusiya ilə bağlı ciddi fikir ayrılıqları var:
"Dövlət katibi və Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Rusiyaya qarşı sərt xəttin tərəfdarıdır. Rusiya və ABŞ arasında danışıqlar Avropasız aparıldığı üçün müsbət nəticə əldə edilməyəcək. Rusiya və Ukrayna arasında atəşkəsin yaxın perspektivdə əldə edilməsi gözlənilmir. Avropa Ukraynaya 23 milyard dollarlıq hərbi yardım ayırıb. Tərəflər arasında bu ilin axırına kimi müharibə davam etməsi gözlənilir. Ukrayna növbəti aylarda cəbhədə təşəbbüsü ələ alacaqsa, Rusiya danışıqlarda əvvəlki mövqeyindən geri çəkilə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya