Prezidentə sui-qəsd hazırlayan tutuldu
Yusif Nəzərli
12:15 14.08.2023
Dünya
366
Prezidentliyə namizədə qarşı sui-qəsd təşkil etməkdə şübhəli bilinən qruplaşma lideri həbs edilib.
“Sherg.az” “CNNTürk”ə istinadən bildirir ki, Los Choneros qruplaşmasının lideri Adolfo Macias Ekvadorda prezidentliyə namizəd Fernando Villavicencioya qarşı sui-qəsddə şübhəli bilinir. Xəbər verildiyi kimi, korrupsiya və cinayətkarlıqla mübarizə aparaacağını bəyan etmiş F.Villavicencio məhz sui-qəsd nəticəsində həlak olub. Bu sui-qəsd hadisəsindən sonra adıçəkilən qruplaşmaya qarşı hökumət xüsusi əməliyyat keçirib.
Əsgər və polislərdən ibarət 4 min nəfər təhlükəsizlik xidməti əməkdaşının iştirak etdiyi əməliyyat nəticəsində qruplaşmanın lideri hıbs edilib. O, təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə olan həbsxanaya təxliyə edilib. Əməliyyat zamanı çox sayda silah-sursat ələ keçirilib. “Fito” ləqəbli Adolfo Macias bundan əvvəl narkotik maddə qaçaqmalçılığı, mütəşəkkil cinayətlərdən 34 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun ən yüksək səviyyədə qorunan həbsxanaya salınması, ictimaiyyətdəki narahatlığı aradan qaldırmağa yönəlib. Ekvadorun hazırkı prezidenti Guillermo Lasso isə sosial media üzərindən verdiyi açıqlamada “Ekvadorda sülhü və təhlükəsizliyi təmin edəcəyik”, söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Szinpin Takaiçini tənqid etdi, Tramp isə...
05:25 25.05.2026
Dünya
Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir
03:23 25.05.2026
Dünya
Türkan Şorayın qızı saxlanıldı!
02:52 25.05.2026
Şou
"Real"ın ulduzu hamını geridə qoydu
02:18 25.05.2026
Futbol
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
00:43 25.05.2026
Dünya
Füzuli sakinini ildırım vuraraq öldürüb
00:22 25.05.2026
Hadisə
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
00:00 25.05.2026
Dünya
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23:38 24.05.2026
Cəmiyyət
NASA “Mars”ın nadir görüntülərini yayımladı
23:16 24.05.2026
Maraqlı
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya