PUA hücumu nəticəsində Tümen NEZ-də yanğın baş verib

Rusiyanın Tümen neft emalı zavoduna (NEZ) pilotsuz uçuş aparatı (PUA) ilə endirilən zərbə nəticəsində ərazidə yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Tümen vilayətinin qubernatoru Aleksandr Moor "Max" platformasında məlumat verib.

Onun sözlərinə görə, hazırda hadisə yerində fövqəladə xidmətlərin əməkdaşları işləyir. Qubernator vəziyyəti şəxsi nəzarətində saxladığını bildirib.

Qeyd edək ki, bundan əvvəl iyulun 6-da Rusiyanın Omsk şəhərində yerləşən ölkənin ən böyük neft emalı zavodu da pilotsuz uçuş aparatı hücumuna məruz qalmışdı.