Putin açıqladı: Rusiyada korrupsiya cinayətləri kəskin artıb


Rusiya Prezidenti Vladimir Putin bildirib ki, 2025-ci ildə ölkədə korrupsiya cinayətlərinin sayı 12,3% artıb.

Sherg.az xəbər verir ki, o, bu açıqlamanı Baş Prokurorluğun kollegiya iclasında çıxışı zamanı səsləndirib. Putin qeyd edib ki, ötən il korrupsiya yönümlü cinayətlərdə nəzərəçarpacaq artım qeydə alınıb.