“Yaxın Şərqdəki münaqişə enerji bazarlarına birbaşa təsir göstərir. Bu fonda resursların tədarükünün təhlükəsizliyi müəyyənləşdirici amilə çevrilir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Rusiya lideri bildirib ki, İran hadisələri Hörmüz boğazı vasitəsilə neft-qaz tədarükünə birbaşa təsir göstərir.
“Getdikcə daha çox ölkə və şirkət təkcə daşınmanın dəyəri və sürətini deyil, həm də təhlükəsizlik, eləcə də hərbi münaqişələr, böhranlar və digər xarici risklərə daha az həssas olan nəqliyyat marşrutları və logistika zəncirlərinin dayanıqlılığını nəzərə alır”, - Vladimir Putin vurğulayıb.