Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü

Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan Şimali Koreyanın xarici işlər naziri Çoy Son Xi ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Vladimir Putin danışıqlara başlayarkən Rusiya ilə Şimali Koreya arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirib.